Yük daşımaları Antalya Beynəlxalq Hava Limanı Beynəlxalq yük daşımaları sərnişin təyyarələri Türkiyə yük daşımaları Türkiyədə hava nəqliyyatı 2025 Hava yük daşımaları Hava nəqliyyatı infrastrukturu Sərnişin rekordu Sərnişin sayı Hava nəqliyyatı innovasiyaları

Antalya hava limanında sərnişindaşıma 36 milyon nəfəri keçib (ÖZƏL)

BAKI, TurkicWorld, Nailə Babazadə

2025-ci ilin oktyabr ayında Türkiyənin Antalya Hava Limanına gələn sərnişinlərin sayı 2024-cü ilin eyni dövrü ilə müqayisədə 3 faiz artaraq, 36 milyon 316 min 172 nəfər olub.

Bu barədə TurkicWorld -ə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Nazirlikdən verilən məlumata görə, 2025-ci ilin oktyabr ayında hava limanının daxili reyslər üzrə sərnişin daşıma 2024-cü ilin analoji dövrü ilə müqayisədə 9 faiz artaraq, 5 milyon 856 min 174 nəfər, beynəlxalq reyslər üzrə isə 1,4 faiz artaraq 30 milyon 459 min 458 nəfər təşkil edib.

2025-ci ilin oktyabr ayında hava limanının yük daşınması 2024-cü ilin eyni dövrü ilə müqayisədə 1 faiz azalaraq 433 min 639 ton təşkil edib. Bununla yanaşı, 2025-ci ilin oktyabr ayında hava limanının daxili reyslər üzrə yük daşınması 2024-cü ilin eyni dövrü ilə müqayisədə 2 faiz artaraq, 52 min 565 ton, beynəlxalq reyslər üzrə yük daşınması isə eyni dövrlə müqayisədə 1 faiz azalaraq, 381 min 74 ton təşkil edib.

Məlumata əsasən, hava limanından 2025-ci ilin oktyabr ayında həyata keçirilən uçuşların sayı 2024-cü ilin oktyabr ayı ilə müqayisədə 2 faiz artaraq, 219 min 628 olub. Bununla yanaşı, daxili reyslər üzrə yerinə yetirilən uçuşların sayı 9 faiz artaraq, 40 min 405, beynəlxalq reyslər üzrə isə 1 faiz artaraq 179 min 223 olub.

2025-ci ilin oktyabr ayında Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 211 milyon 111 min 374 nəfər, yük daşınması isə 4 milyon 325 min 634 ton təşkil edib.

Xatırladaq ki, 2024-cü ildə Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 220 milyon 987 min 163 nəfər, yük daşınması isə 4 milyon 941 min 729 ton təşkil edib.

Mövzuya görə xəbərlər