Son dəqiqə

Türkiyə Nəqliyyat və İnfrastruktur Nazirliyi Türkiyə hava limanları sərnişin təyyarələri Ankara Esenboğa Hava Limanını Türkiyədə hava nəqliyyatı 2025 Hava nəqliyyatı infrastrukturu Sərnişin rekordu Sərnişin sayı Hava nəqliyyatı innovasiyaları

Ankara Esenboğa hava limanında sərnişindaşıma 11 milyon nəfəri keçib (ÖZƏL)

BAKI, TurkicWorld, Nailə Babazadə

2025-ci ilin oktyabr ayında Türkiyənin Ankara Esenboğa Hava Limanına gələn sərnişinlərin sayı 2024-cü ilin eyni dövrü ilə müqayisədə 7 faiz artaraq, 11 milyon 687 min 30 nəfər olub.

Bu barədə TurkicWorld -ə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Nazirlikdən verilən məlumata görə, 2025-ci ilin oktyabr ayında hava limanının daxili reyslər üzrə sərnişin daşıma 2024-cü ilin analoji dövrü ilə müqayisədə 6 faiz artaraq, 8 milyon 658 min 100 nəfər, beynəlxalq reyslər üzrə isə 12 faiz artaraq 3 milyon 28 min 930 nəfər təşkil edib.

2025-ci ilin oktyabr ayında hava limanının yük daşınması 2024-cü ilin eyni dövrü ilə müqayisədə 7 faiz artaraq 114 min 512 ton təşkil edib. Bununla yanaşı, 2025-ci ilin oktyabr ayında hava limanının daxili reyslər üzrə yük daşınması 2024-cü ilin eyni dövrü ilə müqayisədə 5 faiz artaraq, 68 min 896 ton, beynəlxalq reyslər üzrə yük daşınması isə eyni dövrlə müqayisədə 11 faiz artaraq, 45 min 616 ton təşkil edib.

Məlumata əsasən, hava limanından 2025-ci ilin oktyabr ayında həyata keçirilən uçuşların sayı 2024-cü ilin oktyabr ayı ilə müqayisədə 6 faiz artaraq, 85 min 901 olub. Bununla yanaşı, daxili reyslər üzrə yerinə yetirilən uçuşların sayı 4 faiz artaraq, 62 min 89, beynəlxalq reyslər üzrə isə 11 faiz artaraq 23 min 812 olub.

2025-ci ilin oktyabr ayında Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 211 milyon 111 min 374 nəfər, yük daşınması isə 4 milyon 325 min 634 ton təşkil edib.

Xatırladaq ki, 2024-cü ildə Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 220 milyon 987 min 163 nəfər, yük daşınması isə 4 milyon 941 min 729 ton təşkil edib.

Mövzuya görə xəbərlər