Son dəqiqə

Yük daşımaları Türkiyə Nəqliyyat və İnfrastruktur Nazirliyi Antalya Beynəlxalq Hava Limanı sərnişin təyyarələri 2025 Türkiyə yük daşımaları Türkiyə daxili və beynəlxalq yük daşımaları Türkiyədə hava nəqliyyatı 2025 Hava yük daşımaları Hava nəqliyyatı infrastrukturu Sərnişin rekordu Sərnişin sayı Hava nəqliyyatı innovasiyaları

Antalya hava limanında sərnişindaşıma 31 milyon nəfəri keçib (ÖZƏL)

BAKI, TurkicWorld, Nailə Babazadə

2025-ci ilin sentyabr ayında Türkiyənin Antalya Hava Limanına gələn sərnişinlərin sayı 2024-cü ilin eyni dövrü ilə müqayisədə 2 faiz artaraq, 31 milyon 334 min 474 nəfər olub.

Bu barədə TurkicWorld -a Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Nazirlikdən verilən məlumata görə, 2025-ci ilin sentyabr ayında hava limanının daxili reyslər üzrə sərnişin daşıma 2024-cü ilin analoji dövrü ilə müqayisədə 8 faiz artaraq, 5 milyon 225 min 3 nəfər, beynəlxalq reyslər üzrə isə 0,4 faiz artaraq 26 milyon 109 min 471 nəfər təşkil edib.

2025-ci ilin sentyabr ayında hava limanının yük daşınması 2024-cü ilin eyni dövrü ilə müqayisədə 1 faiz azalaraq 371 min 21 ton təşkil edib. Bununla yanaşı, 2025-ci ilin sentyabr ayında hava limanının daxili reyslər üzrə yük daşınması 2024-cü ilin eyni dövrü ilə müqayisədə 2 faiz artaraq, 49 min 965 ton, beynəlxalq reyslər üzrə yük daşınması isə eyni dövrlə müqayisədə 2 faiz azalaraq, 324 min 56 ton təşkil edib.

Məlumata əsasən, hava limanından 2025-ci ilin sentyabr ayında həyata keçirilən uçuşların sayı 2024-cü ilin sentyabr ayı ilə müqayisədə 1 faiz artaraq, 190 min 19 olub. Bununla yanaşı, daxili reyslər üzrə yerinə yetirilən uçuşların sayı 7 faiz artaraq, 35 min 905, beynəlxalq reyslər üzrə isə 0,2 faiz azalaraq 154 min 114 olub.

2025-ci ilin sentyabr ayında Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 187 milyon 284 min 23 nəfər, yük daşınması isə 3 milyon 844 min 139 ton təşkil edib.

Xatırladaq ki, 2024-cü ildə Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 220 milyon 987 min 163 nəfər, yük daşınması isə 4 milyon 941 min 729 ton təşkil edib.

Mövzuya görə xəbərlər