Mart ayında Muğla Dalaman Beynəlxalq Hava Limanına gələn sərnişinlərin sayı artıb (ÖZƏL)

Mart ayında Muğla Dalaman Beynəlxalq Hava Limanına gələn sərnişinlərin sayı artıb (ÖZƏL)

Bakı. TurkicWorld:

2024-cü ilin mart ayında Türkiyənin Muğla Dalaman Beynəlxalq Hava Limanına gələn sərnişinlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 1 faiz artaraq, 255 min 937 nəfər olub.

Bu barədə TurkicWorld-a Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Nazirlikdən verilən məlumata görə, 2024-cü ilin mart ayında hava limanının daxili reyslər üzrə sərnişin dövriyyəsi 2023-cü ilin analoji dövrü ilə müqayisədə 5 faiz artaraq 210 min 547 nəfər, beynəlxalq reyslər üzrə isə 12 faiz azalaraq 1 milyon 45 min 390 nəfər təşkil edib.

2024-cü ilin mart ayında hava limanının yük dövriyyəsi 2023-cü ilin eyni dövrü ilə müqayisədə dəyişməyərək 2 min 81 ton təşkil edib. Bununla yanaşı, 2024-cü ilin mart ayında hava limanının daxili reyslər üzrə yük dövriyyəsi 2023-cü ilin eyni dövrü ilə müqayisədə 3 faiz artaraq, 1 562 ton, beynəlxalq reyslər üzrə dövriyyəsi isə eyni dövrlə müqayisədə 7 faiz azalaraq, 519 ton təşkil edib.

Məlumata əsasən, hava limanından 2024-cü ilin mart ayında həyata keçirilən uçuşların sayı 2023-cü ilin mart ayı ilə müqayisədə 12 faiz azalaraq, 3 min 624 olub. Bununla yanaşı, daxili reyslər üzrə yerinə yetirilən uçuşların sayı 11 faiz azalaraq 3 min 224, beynəlxalq reyslər üzrə isə 21 faiz azalaraq 400 olub.

Bu ilin mart ayında Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 43 milyon 858 min 984 nəfər, yük dövriyyəsi isə 1 milyon 966 ton təşkil edib.

Xatırladaq ki, 2023-cü ildə Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 214 milyon 5 min 980 nəfər, yük dövriyyəsi isə 4 milyon 211 min 507 ton təşkil edib.

X: Lamanasadli01