Mart ayında Antalya Beynəlxalq Hava Limanına gələn sərnişinlərin sayı 3 milyonu ötüb (ÖZƏL)

Mart ayında Antalya Beynəlxalq Hava Limanına gələn sərnişinlərin sayı 3 milyonu ötüb (ÖZƏL)

Bakı. TurkicWorld:

2024-cü ilin mart ayında Türkiyənin Antalya Beynəlxalq Hava Limanına gələn sərnişinlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 21 faiz artaraq, 3 milyon 323 min 782 nəfər olub.

Bu barədə TurkicWorld-a Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Nazirlikdən verilən məlumata görə, 2024-cü ilin mart ayında hava limanının daxili reyslər üzrə sərnişin dövriyyəsi 2023-cü ilin analoji dövrü ilə müqayisədə 18 faiz artaraq 1 milyon 431 min 546 nəfər, beynəlxalq reyslər üzrə isə 24 faiz artaraq 1 milyon 892 min 236 nəfər təşkil edib.

2024-cü ilin mart ayında hava limanının yük dövriyyəsi 2023-cü ilin eyni dövrü ilə müqayisədə 12 faiz artaraq 37 min 427 ton təşkil edib. Bununla yanaşı, 2024-cü ilin mart ayında hava limanının daxili reyslər üzrə yük dövriyyəsi 2023-cü ilin eyni dövrü ilə müqayisədə 12 faiz artaraq, 12 min 858 ton, beynəlxalq reyslər üzrə dövriyyəsi isə eyni dövrlə müqayisədə 12 faiz artaraq, 24 min 568 ton təşkil edib.

Məlumata əsasən, hava limanından 2024-cü ilin mart ayında həyata keçirilən uçuşların sayı 2023-cü ilin mart ayı ilə müqayisədə 9 faiz artaraq, 24 min 919 olub. Bununla yanaşı, daxili reyslər üzrə yerinə yetirilən uçuşların sayı 3 faiz artaraq 11 min 70, beynəlxalq reyslər üzrə isə 15 faiz artaraq 13 min 849 olub.

Bu ilin mart ayında Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 43 milyon 858 min 984 nəfər, yük dövriyyəsi isə 1 milyon 966 ton təşkil edib.

Xatırladaq ki, 2023-cü ildə Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 214 milyon 5 min 980 nəfər, yük dövriyyəsi isə 4 milyon 211 min 507 ton təşkil edib.

X: Lamanasadli01