Son dəqiqə

İran Çin Yaxın Şərq Oman Hörmüz boğazı Diplomatiya Dəniz ticarəti

Hörmüz boğazında Çin və dost ölkələr üçün xüsusi rejim tətbiq ediləcək - İran səfiri

BAKI,TurkicWorld,Yusif Şərifzadə

İranın Çindəki səfiri Hörmüz boğazı ilə bağlı yeni planlardan danışıb.

TurkicWorld xəbər verir ki, səfir Əbdülrza Rəhmani Fəzli Pekində keçirilən Dünya Sülh Forumunda çıxış edərək Çin və digər “dost ölkələrə” xüsusi münasibət göstəriləcəyini bildirib.

O qeyd edib ki, Hörmüz boğazında yeni tənzimləmə mexanizmi hazırlanır və bu mexanizm Omanla koordinasiya şəklində həyata keçiriləcək.

Diplomatın sözlərinə görə, plan çərçivəsində boğazdan keçən gəmilər üçün xüsusi rüsumların tətbiqi nəzərdə tutulur.

Səfir bildirib ki, bu rüsumların tətbiqi beynəlxalq dəniz hüququ ilə ziddiyyət təşkil etməyəcək.

Açıqlamada Hörmüz boğazının qlobal enerji daşımaları üçün strateji əhəmiyyət daşıdığı bir daha vurğulanıb.

Mövzuya görə xəbərlər