BAKI,TurkicWorld, Orxan Qədirzadə
2026-ci ilin mart ayında Türkiyənin İstanbul Hava Limanına gələn sərnişinlərin sayı 2025-ci ilin eyni dövrü ilə müqayisədə 6 faiz artaraq, 19 milyon 105 min 266 nəfər olub.
Bu barədə TurkicWorld - ə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.
Nazirlikdən verilən məlumata görə, 2026-ci ilin mart ayında hava limanının daxili reyslər üzrə sərnişin daşıma 2025-ci ilin analoji dövrü ilə müqayisədə 9,8 faiz artaraq, 3 milyon 825 min 134 nəfər, beynəlxalq reyslər üzrə isə 5 faiz artaraq 15 milyon 280 min 132 nəfər təşkil edib.
2026-ci ilin mart ayında hava limanının yük daşınması 2025-ci ilin eyni dövrü ilə müqayisədə 6 faiz artaraq 831 min 265 ton təşkil edib. Bununla yanaşı, 2026-ci ilin mart ayında hava limanının daxili reyslər üzrə yük daşınması 2025-ci ilin eyni dövrü ilə müqayisədə 4 faiz artaraq, 44 min 691 ton, beynəlxalq reyslər üzrə yük daşınması isə eyni dövrlə müqayisədə 4 faiz artaraq, 786 min 574 ton təşkil edib.
Məlumata əsasən, hava limanından 2026-ci ilin mart ayında həyata keçirilən uçuşların sayı 2025-ci ilin mart ayı ilə müqayisədə 5 faiz artaraq, 127 min 461 olub. Bununla yanaşı, daxili reyslər üzrə yerinə yetirilən uçuşların sayı 7 faiz artaraq, 27 min 395, beynəlxalq reyslər üzrə isə 4 faiz artaraq 100 min 66 olub.
2026-ci ilin mart ayında Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 45 milyon 282 min 323 nəfər, yük daşınması isə 1 milyon 79 min 777 ton təşkil edib.

