Son dəqiqə

Hindistan qaz tədarükü Yaxın Şərq enerji böhranı Hörmüz boğazı enerji bazarı

Hindistan Yaxın Şərqdən LNG axını bərpa olunduqdan sonra qaz məhdudiyyətlərini ləğv edib

BAKI,TurkicWorld,Yusif Şərifzadə

Hindistan Yaxın Şərqdən maye təbii qaz tədarükünün bərpasından sonra tətbiq olunan məhdudiyyətləri aradan qaldırıb.

TurkicWorld xəbər verir ki, bu barədə Hindistan hökumətinin yaydığı rəsmi bildirişdə məlumat verilib.

Məlumata əsasən, mart ayında fövqəladə vəziyyət tədbirləri çərçivəsində qaz təchizatında məhdudiyyətlər tətbiq edilmişdi və qeyri-prioritet sektorların qaz istifadəsi əsas istehlakçılara yönləndirilmişdi.

Bu addım Hörmüz boğazı vasitəsilə həyata keçirilən maye təbii qaz daşımalarında yaranmış fasilələr səbəbindən atılmışdı.

Rəsmi açıqlamada tədarükün bərpası ilə enerji bazarında vəziyyətin sabitləşdiyi və məhdudiyyətlərin artıq zəruri olmadığı bildirilib.

Mövzuya görə xəbərlər