BAKI,TurkicWorld
Yanvar-sentyabr aylarında Azərbaycandan Hindistana neft ixracının həcmi təxminən 5 dəfə artıb.
Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycandan Hindistana 524,3 min ton bitumlu süxurlardan alınmış xam neft və neft məhsulları ixrac edilib. İxracın dəyəri 399,2 milyon dollar təşkil edib.
TurkicWorld-un qurumun məlumatları əsasında apardığı hesablamalara görə, 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə ixracın dəyəri 345,7 milyon dollar və ya 7,5 dəfə, tədarükün həcmi isə 416,8 min ton və ya 4,9 dəfə artıb.
2025-ci ilin yanvar-sentyabr aylarında Hindistana 53,5 milyon dollar dəyərində 107,5 min ton bitumlu süxurlardan alınmış xam neft və neft məhsulları ixrac edilib.
Komitənin məlumatına əsasən, Hindistan 2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanın neft və neft məhsullarını idxal edən ölkələr arasında dördüncü yeri tutub.
2021-2025-ci illərdə Azərbaycandan Hindistana bitumlu süxurlardan alınmış neft və neft məhsullarının ixrac həcmi aşağıdakı kimi dəyişib:
|
İl |
İxrac həcmi |
İxrac dəyəri |
|
2021 |
1,261 mln.ton |
584,2 mln.ABŞ dolları |
|
2022 |
2,016 mln. ton |
1,625 mlrd. ABŞ dolları |
|
2023 |
2,025 mln.ton |
1,227 mlrd. ABŞ dolları |
|
2024 |
1,169 mln.ton |
729,8 mln.ABŞ dolları |
|
2025 |
335 min ton |
167,3 mln.ABŞ dolları |






