Son dəqiqə

İran Rusiya Tehran strateji tərəfdaşlıq Hörmüz boğazı Diplomatiya Dmitri Medvedev

Rusiya İranla strateji tərəfdaşlığı davam etdirməyə hazırdır - Moskva

BAKI,TurkicWorld,Yusif Şərifzadə

Rusiya İranla strateji tərəfdaşlığını davam etdirməyə hazır olduğunu açıqlayıb.

TurkicWorld xəbər verir ki, bu barədə Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev Tehranda çıxışı zamanı bildirib.

O qeyd edib ki, Rusiya ABŞ və İsrail ilə baş verən münaqişədən sonra İranla əməkdaşlığın davam etdirilməsində maraqlıdır.

Medvedev hazırda Tehranda Rusiya nümayəndə heyətinə rəhbərlik edir və mərhum ali rəhbərin dəfn mərasimində iştirak edir.

O, “Tasnim” xəbər agentliyinə müsahibəsində Hörmüz boğazının müharibə zamanı İrana ciddi strateji üstünlük qazandırdığını bildirib.

Onun sözlərinə görə, bu keçid nöqtəsi İran üçün “misilsiz təsir aləti” rolunu oynayır.

Medvedev əlavə edib ki, Hörmüz boğazı İranın geosiyasi mövqeyində mühüm rol daşıyır.

Mövzuya görə xəbərlər