BAKI, TurkicWorld, Nailə Babazadə
2026-ci ilin fevral ayında Türkiyənin Antalya Hava Limanına gələn sərnişinlərin sayı 2025-ci ilin eyni dövrü ilə müqayisədə 2 faiz artaraq, 1 milyon 949 min 90 nəfər olub.
Bu barədə TurkicWorld -ə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.
Nazirlikdən verilən məlumata görə, 2026-ci ilin fevral ayında hava limanının daxili reyslər üzrə sərnişin daşıma 2025-ci ilin analoji dövrü ilə müqayisədə 7 faiz artaraq, 989 min 491 nəfər, beynəlxalq reyslər üzrə isə 3,5 faiz azalaraq 959 min 599 nəfər təşkil edib.
2026-ci ilin fevral ayında hava limanının yük daşınması 2025-ci ilin eyni dövrü ilə müqayisədə 1 faiz artaraq 21 min 695 ton təşkil edib. Bununla yanaşı, 2026-ci ilin fevral ayında hava limanının daxili reyslər üzrə yük daşınması 2025-ci ilin eyni dövrü ilə müqayisədə 6,6 faiz artaraq, 8 min 423 ton, beynəlxalq reyslər üzrə yük daşınması isə eyni dövrlə müqayisədə 3 faiz azalaraq, 13 min 271 ton təşkil edib.
Məlumata əsasən, hava limanından 2026-ci ilin fevral ayında həyata keçirilən uçuşların sayı 2025-ci ilin fevral ayı ilə müqayisədə 2 faiz azalaraq, 14 min 638 olub. Bununla yanaşı, daxili reyslər üzrə yerinə yetirilən uçuşların sayı 4 faiz artaraq, 7 min 492, beynəlxalq reyslər üzrə isə 7 faiz azalaraq 7 min 146 olub.
2026-ci ilin fevral ayında Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 32 milyon 857 min 590 nəfər, yük daşınması isə 249 min 326 ton təşkil edib.
Xatırladaq ki, 2025-ci ilin dekabr ayında Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 247 milyon 17 min 152 nəfər, yük daşınması isə 5 milyon 149 min 714 ton təşkil edib.







