BAKI,TurkicWorld,Yusif Şərifzadə
İran prezidenti Məsud Pezeşkian ölkədə keçirilən matəm mərasimlərinin mərhum ali rəhbərin nüfuzunu göstərdiyini bildirib.
TurkicWorld xəbər verir ki, İran dövlət agentliyi İRNA-nın yaydığı məlumata əsasən, Pezeşkian xalqın matəmini “şəhid edilmiş inqilab liderinin böyüklüyünün, ləyaqətinin və gücünün ən yaxşı sübutu” kimi qiymətləndirib.
Prezident həmçinin ABŞ və İsrailin bu matəm mərasimlərinə göstərdiyi reaksiyanı da qeyd edib.
Onun sözlərinə görə, xarici tərəflərin bu prosesə münasibəti onların mövqeyini ortaya qoyur.
Rəsmilər ölkədə keçirilən vida mərasimlərinin geniş iştirakla davam etdiyini bildirirlər.







