Fevral ayında Muğla Dalaman Hava Limanına gələn sərnişinlərin sayı açıqlanıb (ÖZƏL)

Fevral ayında Muğla Dalaman Hava Limanına gələn sərnişinlərin sayı açıqlanıb (ÖZƏL)

Bakı. TurkicWorld:

2024-cü ilin fevral ayında Türkiyənin Muğla Dalaman Beynəlxalq Hava Limanına gələn sərnişinlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 3 faiz artaraq, 153 min 808 nəfər olub.

Bu barədə TurkicWorld-a Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Nazirlikdən verilən məlumata görə, 2024-cü ilin fevral ayında hava limanının daxili reyslər üzrə sərnişin dövriyyəsi 2023-cü ilin analoji dövrü ilə müqayisədə 7 faiz artaraq 137 min 896 nəfər, beynəlxalq reyslər üzrə isə 22 faiz azalaraq 15 min 912 nəfər təşkil edib.

2024-cü ilin fevral ayında hava limanının yük dövriyyəsi 2023-cü ilin eyni dövrü ilə müqayisədə 3 faiz azalaraq 1 191 ton təşkil edib. Bununla yanaşı, 2024-cü ilin fevral ayında hava limanının daxili reyslər üzrə yük dövriyyəsi 2023-cü ilin eyni dövrü ilə müqayisədə 1 faiz artaraq, 1 44 ton, beynəlxalq reyslər üzrə dövriyyəsi isə eyni dövrlə müqayisədə 24 faiz azalaraq, 147 ton təşkil edib.

Məlumata əsasən, hava limanından 2024-cü ilin fevral ayında həyata keçirilən uçuşların sayı 2023-cü ilin yanvar ayı ilə müqayisədə 14 faiz azalaraq, 2 min 317 olub. Bununla yanaşı, daxili reyslər üzrə yerinə yetirilən uçuşların sayı 11 faiz azalaraq 2 min 187, beynəlxalq reyslər üzrə isə 38 faiz azalaraq 130 olub.

Bu ilin fevral ayında Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 29 milyon 487 min 97 nəfər, yük dövriyyəsi isə 662 min 353 ton təşkil edib.

Xatırladaq ki, 2023-cü ildə Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 214 milyon 5 min 980 nəfər, yük dövriyyəsi isə 4 milyon 211 min 507 ton təşkil edib.

X: Lamanasadli01