Oktyabr ayında 5 milyondan çox sərnişin Muğla Dalaman Beynəlxalq Hava Limanından istifadə edib (ÖZƏL)

Oktyabr ayında 5 milyondan çox sərnişin Muğla Dalaman Beynəlxalq Hava Limanından istifadə edib (ÖZƏL)

Bakı, TurkicWorld:

2023-cü ilin oktyabr ayında Türkiyənin Muğla Dalaman Beynəlxalq Hava Limanına gələn sərnişinlərin sayı 16 faiz artaraq, 5 milyon 50 min 368 nəfər olub.

Bu barədə TurkicWorld-a Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Nazirlikdən verilən məlumata görə, oktyabr ayında hava limanının daxili reyslər üzrə sərnişin dövriyyəsi 18 faiz artaraq 1 milyon 640 min 714 nəfər, beynəlxalq reyslər üzrə isə 14 faiz artaraq 3 milyon 409 min 654 nəfər təşkil edib.

Bu ilin oktyabr ayında hava limanının yük dövriyyəsi 2022-ci ilin eyni dövrü ilə müqayisədə 11 faiz artaraq 61 min 183 ton təşkil edib. Bununla yanaşı, 2023-cü ilin oktyabr ayında hava limanının daxili reyslər üzrə yük dövriyyəsi 2022-ci ilin eyni dövrü ilə müqayisədə 8 faiz artaraq 14 min 335 ton, beynəlxalq reyslər üzrə dövriyyəsi isə eyni dövrlə müqayisədə 12 faiz dəyişərək, 46 min 849 ton təşkil edib.

Məlumata əsasən, hava limanından 2023-cü ilin oktyabr ayında həyata keçirilən uçuşların sayı 2022-ci ilin eyni dövrü ilə müqayisədə 7 faiz artaraq, 43 min 414 olub. Bununla yanaşı, daxili reyslər üzrə yerinə yetirilən uçuşların sayı 5 faiz artaraq 21 min 180, beynəlxalq reyslər üzrə isə 9 faiz artaraq 22 min 234 olub.

2023-cü ilin oktyabr ayında Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 184 milyon 836 min 400 nəfər, yük dövriyyəsi isə 3 milyon 552 min 115 ton təşkil edib.

Xatırladaq ki, 2022-ci ildə Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 181 milyon 948 min 6 nəfər, yük dövriyyəsi isə 4 milyon 4 min 306 ton təşkil edib.

X: Lamanasadli01