Sentyabr ayında Dalaman Beynəlxalq Hava Limanına gələn sərnişinlərin sayı açıqlanıb (ÖZƏL)

Sentyabr ayında Dalaman Beynəlxalq Hava Limanına gələn sərnişinlərin sayı açıqlanıb (ÖZƏL)

Bakı. TurkicWorld:

2023-cü ilin sentyabr ayında Türkiyənin Muğla Dalaman Beynəlxalq Hava Limanına gələn sərnişinlərin sayı 16 faiz artaraq, 4 milyon 445 min 538 nəfər olub.

Bu barədə TurkicWorld-a Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Nazirlikdən verilən məlumata görə, sentyabr ayında hava limanının daxili reyslər üzrə sərnişin dövriyyəsi 18 faiz artaraq 1 milyon 467 min 570 nəfər, beynəlxalq reyslər üzrə isə 15 faiz artaraq 2 milyon 977 min 968 nəfər təşkil edib.

Bu ilin sentyabr ayında hava limanının yük dövriyyəsi 2022-ci ilin eyni dövrü ilə müqayisədə 12 faiz artaraq 53 min 681 ton təşkil edib. Bununla yanaşı, 2023-cü ilin sentyabr ayında hava limanının daxili reyslər üzrə yük dövriyyəsi 2022-ci ilin eyni dövrü ilə müqayisədə 7 faiz artaraq 12 min 857 ton, beynəlxalq reyslər üzrə dövriyyəsi isə eyni dövrlə müqayisədə 13 faiz dəyişərək, 40 min 825 ton təşkil edib.

Məlumata əsasən, hava limanından 2023-cü ilin sentyabr ayında həyata keçirilən uçuşların sayı 2022-ci ilin eyni dövrü ilə müqayisədə 6 faiz artaraq, 38 min 35 olub. Bununla yanaşı, daxili reyslər üzrə yerinə yetirilən uçuşların sayı 3 faiz artaraq 18 min 647, beynəlxalq reyslər üzrə isə 10 faiz artaraq 19 min 388 olub.

2023-cü ilin sentyabr ayında Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 165 milyon 177 min 396 nəfər, yük dövriyyəsi isə 3 milyon 162 min 222 ton təşkil edib.

Xatırladaq ki, 2022-ci ildə Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 181 milyon 948 min 6 nəfər, yük dövriyyəsi isə 4 milyon 4 min 306 ton təşkil edib.

Ləman Əsədli

Twitter: lamanasadli01