İyul ayında Dalaman Beynəlxalq Hava Limanına 3 milyona yaxın sərnişin gəlib (ÖZƏL)

İyul ayında Dalaman Beynəlxalq Hava Limanına 3 milyona yaxın sərnişin gəlib (ÖZƏL)

Bakı, TurkicWorld:

2023-cü ilin iyul ayında Türkiyənin Muğla Dalaman Beynəlxalq Hava Limanına gələn sərnişinlərin sayı 19 faiz artaraq, 2 milyon 706 min 576 nəfər olub.

Bu barədə TurkicWorld-a Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Nazirlikdən verilən məlumata görə, iyul ayında hava limanının daxili reyslər üzrə sərnişin dövriyyəsi 14 faiz artaraq 31 min 856 nəfər, beynəlxalq reyslər üzrə isə 4 faiz artaraq 8 min 57 nəfər təşkil edib.

Bu ilin iyul ayında hava limanının yük dövriyyəsi 2022-ci ilin eyni dövrü ilə müqayisədə 14 faiz artaraq 31 min 856 ton təşkil edib. Bununla yanaşı, 2023-cü ilin iyul ayında hava limanının daxili reyslər üzrə yük dövriyyəsi 2022-ci ilin eyni dövrü ilə müqayisədə 4 faiz artaraq 8 min 57 ton, beynəlxalq reyslər üzrə dövriyyəsi isə eyni dövrlə müqayisədə 17 faiz dəyişərək, 23 min 798 ton təşkil edib.

Məlumata əsasən, hava limanından 2023-cü ilin iyul ayında həyata keçirilən uçuşların sayı 2022-ci ilin eyni dövrü ilə müqayisədə 9 faiz artaraq, 24 min 928 olub. Bununla yanaşı, daxili reyslər üzrə yerinə yetirilən uçuşların sayı 3 faiz artaraq 13 min 34, beynəlxalq reyslər üzrə isə 16 faiz artaraq 11 min 894 olub.

2023-cü ilin iyul ayında Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 118 milyon 544 min 937 nəfər, yük dövriyyəsi isə 2 milyon 285 min 236 ton təşkil edib.

Xatırladaq ki, 2022-ci ildə Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 181 milyon 948 min 6 nəfər, yük dövriyyəsi isə 4 milyon 4 min 306 ton təşkil edib.

Ləman Əsədli

Twitter: lamanasadli01