BƏƏ Şanxay Əməkdaşlıq Təşkilatında dialoq tərəfdaşı statusunu alıb

BƏƏ Şanxay Əməkdaşlıq Təşkilatında dialoq tərəfdaşı statusunu alıb

Bakı. TurkicWorld:

Birləşmiş Ərəb Əmirlikləri Şanxay Əməkdaşlıq Təşkilatında (ŞƏT) dialoq tərəfdaşı statusu alıb.

TurkicWorld-un məlumatına görə, bu barədə "WAM" agentliyi xəbər verib.

"Təşkilatın Xarici İşlər Nazirləri Şurasının iclası çərçivəsində BƏƏ ŞƏT-də dialoq üzrə tərəfdaş statusunu rəsmən alıb. BƏƏ-nin iştirakı ŞƏT-ə üzv olmaq üzrə anlaşma memorandumunun imzalanması ilə yekunlaşıb", - deyə bildirilib.

Məlumata görə, mərasimdə ölkəsini Birləşmiş Ərəb Əmirliklərinin Hindistandakı səfiri Abdel Nasser Əl-Şaali təmsil edib.