BAKI,TurkicWorld
İran ordusu Hörmüz boğazından məhdud sayda xarici gəmi və neft tankerinin keçdiyini açıqlayıb. Keçid edən gəmilərin hansı ölkələrə məxsus olduğu barədə məlumat verilməyib.
TurkicWorld xəbər verir ki, İran ordusunun sözçüsü Məhəmməd Əkrəminiya strateji əhəmiyyət daşıyan su yolundan “az sayda” xarici gəmi və neft tankerinin keçdiyini bildirib.
Əkrəminiyanın sözlərinə görə, hazırda Hörmüz boğazından keçən gəmilərin sayı ABŞ ilə müharibədən əvvəl bu marşrutdan istifadə edən gəmilərin sayı ilə müqayisədə olduqca aşağıdır.
Hörmüz boğazında gəmi hərəkətinin vəziyyəti regionda dəniz nəqliyyatı və enerji daşımaları baxımından diqqətlə izlənilir.







