BAKI,TurkicWorld
ABŞ Prezidenti Donald Trampın administrasiyası Kubanın ABŞ üçün təhlükəyə çevrilməsinə imkan verməyəcək.
EFE-nin məlumatına görə, bu barədə ABŞ dövlət katibi Marko Rubio bildirib.
"Prezident Tramp olduğu müddətdə Kubanın ABŞ-yə qarşı əməliyyatlar üçün bazaya çevrilməsinə heç vaxt imkan verməyəcəyik", - deyə Dövlət Departamentinin rəhbəri bildirib.
O qeyd edib ki, hazırda Kubada yaranmış vəziyyət də Vaşinqton üçün təhlükə yaradır. Trampın ardınca Rubio da Kubanı "uğursuz dövlət" adlandırıb.
Tramp BMT Baş Assambleyasının tribunasından çıxışı zamanı hazırkı Kuba hakimiyyətinin uğursuzluğa düçar olduğunu bildirib və adanın "heç vaxt olmadığı qədər tənəzzülə uğradığını və süqut edəcəyini" deyib. Bununla belə, o, daha sonra Havana ilə razılığa gəlməyin mümkün olacağına əminliyini ifadə edib.







