Son dəqiqə

ABŞ Donald Tramp Respublikaçılar Partiyası Nümayəndələr Palatası Senat

Tramp Respublikaçıların qələbə qazanacağı halda amerikalılara 5 min dollar vəd edib

BAKI,TurkicWorld

ABŞ Prezidenti Donald Tramp vəd edib ki, ölkədə keçiriləcək aralıq seçkilərinin nəticələrinə görə respublikaçılar Konqresin hər iki palatasına nəzarəti qoruyub saxlasalar, bütün yetkin amerikalılar 5 min dollar alacaqlar.

Bu barədə D. Tramp aralıq seçkilər ərəfəsində hakim Respublikaçılar Partiyasının Dallasda keçirilən milli qurultayında çıxışı zamanı bildirib.

"Aşağıdakı vədi verirəm: əgər respublikaçılar ABŞ Nümayəndələr Palatasında və Senatda, yəni hər iki palatada qalib gəlsələr, iqtisadi uğurlarımız sayəsində <...> ABŞ-ın hər bir yetkin vətəndaşına 5 min dollar məbləğində dividend ödəyəcəyəm", - deyə o bildirib.

Tramp vurğulayıb ki, amerikalılar "bu pulları ABŞ-da xərcləməli olacaqlar". Onun sözlərinə görə, "bunun adı Tramp dividendləri olacaq".

Qeyd edək ki, Konqresin aralıq seçkiləri 3 noyabrda keçiriləcək və Senatın 100 üzvündən 33-ü və Nümayəndələr Palatasının 435 üzvü yenidən seçiləcək.

Mövzuya görə xəbərlər