Son dəqiqə

İsrail Livan Beynəlxalq hüquq cənubi Livan humanitar vəziyyət Norveç Qaçqınlar Şurası İsrail-Livan razılaşması

Norveç Qaçqınlar Şurası İsrailin Livana hücumlarını dayandırmağa çağırıb

BAKI,TurkicWorld,Yusif Şərifzadə

Norveç Qaçqınlar Şurası İsrailin Livana endirdiyi bombardmanların dərhal dayandırılmasını və bütün tərəflərin beynəlxalq hüquqa tam əməl etməsini tələb edib.

TurkicWorld xəbər verir ki, şuranın Livandakı direktoru Morin Filippon bildirib ki, Livanın cənubunda yaşayan bir çox ailənin evlərinə qayıtması hələ də mümkün deyil və uzunmüddətli köçkünlük və dağıntılardan sonra ailələr təhlükəsiz yaşayış yeri barədə narahatlıq keçirməməlidir.

Filippon İsrail və Livan arasında əldə olunmuş çərçivə razılaşmasına diqqət çəkərək bildirib ki, diplomatik razılaşmalar yalnız hücumların azalması ilə ölçülməməlidir.

Onun sözlərinə görə, bu cür razılaşmalar insanların real təhlükəsizliyini və müdafiəsini təmin etməli, ailələrin qorxu yaşamadan öz evlərinə qayıtmasına imkan yaratmalıdır.

Norveç Qaçqınlar Şurası bütün tərəfləri beynəlxalq hüququn tələblərinə riayət etməyə çağırıb.

Təşkilat Livanın cənubunda təkrar köçkünlük və yaşayış məntəqələrinin dağıdılması nəticəsində yaranmış humanitar vəziyyətlə bağlı narahatlığını ifadə edib.

Filippon vurğulayıb ki, bölgədə davamlı təhlükəsizliyin təmin edilməsi yalnız hərbi əməliyyatların azalması ilə deyil, insanların gündəlik həyatına real təhlükəsizliyin qaytarılması ilə mümkün olacaq.

Mövzuya görə xəbərlər