Son dəqiqə

ABŞ Ukrayna Moskva Kiyev Marko Rubio Stiv Uitkoff Cared Kuşner

Ukrayna ilə bağlı danışıqlar prosesinin bərpası imkanı yaranıb - Rubio

BAKI,TurkicWorld

Stiv Uitkoff və Cared Kuşnerin Moskva və Kiyevə səfərlərindən sonra Ukrayna münaqişəsinin nizamlanması ilə bağlı danışıqlar prosesinin bərpa edilməsi imkanı yaranıb.

ABŞ KİV-nin məlumatına görə, bunu ABŞ dövlət katibi Marko Rubio jurnalistlərə verdiyi açıqlamada bildirib.

Onun sözlərinə görə, görüşlər məzmunlu olub və tərəflər yeni ideyalar irəli sürüblər. Rubio qeyd edib ki, hərçənd bundan əvvəl Moskva və Kiyev demək olar ki, güzəştlərə hazır olduqlarını nümayiş etdirmir və sərt "qırmızı xətlər"ini qoruyub saxlayırdılar.

"Yaxın bir neçə həftə ərzində növbəti yol xəritəsini hazırlamaq, danışıqları bərpa etmək və, bəlkə də, hər iki tərəfi qane edəcək bir həll yoluna nail olmaq imkanı var", – deyə ABŞ Dövlət katibi bildirib.

Mövzuya görə xəbərlər