Son dəqiqə

Yəmən Humanitar böhran Döyüşlər Ümumdünya Səhiyyə Təşkilatı köçkünlər Hudeydə Təiz

Yəməndə döyüşlər şiddətlənib - 21 min insan köçkün düşüb

BAKI,TurkicWorld,Yusif Şərifzadə

Yəməndə sentyabrın 3-dən etibarən döyüşlərin kəskinləşməsi nəticəsində son üç gündə 676 nəfərin öldüyü və ya yaralandığı bildirilib. Eyni dövrdə təxminən 21 min insan yaşadığı ərazini tərk etmək məcburiyyətində qalıb.

TurkicWorld xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatının son vəziyyət hesabatına görə, sentyabrın 3-ü səhər saatlarında Təiz vilayətinin Maqbanə və Cəbəl Həbəşi rayonlarında döyüşlər intensivləşib.

Sentyabrın 4-5-də isə Hudeydə-Təiz sahil cəbhəsi boyunca ağır döyüşlər davam edib.

Məlumata görə, yalnız son üç gündə 676 itki qeydə alınıb. Bu rəqəm sentyabrın 2-dək qeydə alınmış 402 nəfərlik ümumi itkidən də çoxdur.

Döyüşlərin şiddətlənməsi nəticəsində sentyabrın 3-dən etibarən təxminən 21 min insanın köçkün düşdüyü bildirilir.

Al-Həcəb, Ər-Racihi və Həccət Qəbəh ərazilərində məcburi köçkünlərin yerləşdiyi düşərgələr tamamilə boşaldılıb.

Son köçkünlər arasında təxminən 2 685 qadın və qızın olduğu, onların 240-nın hamilə olduğu açıqlanıb.

Ümumdünya Səhiyyə Təşkilatı hamilə qadınların həyati əhəmiyyət daşıyan reproduktiv sağlamlıq xidmətlərinə təcili çıxışa ehtiyac duyduğunu bildirib.

Mövzuya görə xəbərlər