Son dəqiqə

İran Qırmızı dəniz Oman Hörmüz boğazı Dəniz ticarəti Gəmiçilik neft daşımaları Bəb əl-Məndəb boğazı gəmi keçidləri

Hörmüz boğazından gəmi keçidləri kəskin azalıb

BAKI,TurkicWorld,Yusif Şərifzadə

Hörmüz boğazından keçən gəmilərin sayı avqustun 10-da başlayan həftə ərzində 19,5 faiz azalıb, Bəb əl-Məndəb boğazından keçidlər isə artıb.

TurkicWorld xəbər verir ki, bu barədə gəmiçilik məlumatlarını təhlil edən “Kpler” şirkəti məlumat yayıb.

Şirkətin hesablamalarına görə, avqustun 10-dan başlayan həftə ərzində Hörmüz boğazından 95 gəmi keçib. Avqustun 16-da isə bu göstərici cəmi üç gəmiyə düşüb.

Məlumata görə, bəzi gəmilər boğazın İran tərəfdən və alternativ marşrutlardan istifadə edib. Eyni zamanda, Hörmüz boğazında müəyyən edilmiş hərəkət dəhlizi və Oman tərəfdən keçən marşrutlar üzrə heç bir keçid qeydə alınmayıb.

Bölgənin digər əsas dəniz keçidi olan Bəb əl-Məndəb boğazında isə gəmi hərəkətində artım müşahidə edilib.

“Kpler”in məlumatına əsasən, Bəb əl-Məndəbdən keçən gəmilərin sayı 6,7 faiz artaraq 254-ə çatıb. İzlənməsi mümkün olmayan keçidlərin sayı isə 40-dan 16-ya qədər azalıb.

Məlumatlar bölgədə təhlükəsizlik vəziyyətinin qeyri-sabit qalmasına baxmayaraq, gəmiçilik şirkətlərinin Hörmüz boğazından daha çox Bəb əl-Məndəb istiqamətinə yönəldiyini göstərir.

Mövzuya görə xəbərlər