BAKI,TurkicWorld,Yusif Şərifzadə
İsrailin Qəzza zolağına son 48 saat ərzində həyata keçirdiyi yeni hücumlar nəticəsində azı 5 fələstinli öldürülüb, 18 nəfər isə yaralanıb.
TurkicWorld xəbər verir ki, bu barədə Qəzza zolağının Səhiyyə Nazirliyi məlumat yayıb.
Nazirliyin məlumatına görə, ötən ilin oktyabrında ABŞ-ın vasitəçiliyi ilə əldə olunan atəşkəs qüvvəyə mindikdən sonra İsrailin Qəzza zolağına hücumları nəticəsində azı 1 265 nəfər öldürülüb, 4 198 nəfər yaralanıb.
Qəzza zolağının Səhiyyə Nazirliyi bildirib ki, 2023-cü ilin oktyabrından etibarən İsrailin Qəzzaya qarşı müharibəsi nəticəsində ölən fələstinlilərin sayı azı 73 399 nəfərə çatıb.
Həmin dövrdə 174 310 nəfərin yaralandığı qeyd olunub.
Nazirlik yeni hücumlar nəticəsində ölən və yaralananların sayının artmaqda davam etdiyini bildirib.
Qəzzada humanitar vəziyyətin ağır olaraq qaldığı və əhali arasında itkilərin davam etdiyi vurğulanıb.







