BAKI,TurkicWorld,Yusif Şərifzadə
Yəmənin beynəlxalq səviyyədə tanınan hökumətinin qüvvələri husilərin ölkənin qərb sahilində yerləşən mövqelərə qarşı silsilə hücumlar həyata keçirdiyini açıqlayıb.
TurkicWorld xəbər verir ki, Yəmən hökumətinin qüvvələrinin bəyanatında husilərin hücumlar zamanı 10 raket və 4 pilotsuz uçuş aparatı istifadə etdiyi bildirilib.
Açıqlamada qeyd olunub ki, hökumət qüvvələri pilotsuz uçuş aparatlarından birini zərərsizləşdirə bilib.
Yəmən ordusu əlavə hücum ehtimalına qarşı hazır vəziyyətdə olduğunu bildirib.
Hücumların ölkənin qərb sahilində yerləşən ərazilərə yönəldiyi qeyd edilib.
Yəməndə hökumət qüvvələri ilə husilər arasında gərginlik son dövrlərdə yenidən artıb və tərəflər qarşılıqlı hücumlarda ittiham olunurlar.
Qərb sahili bölgəsi Qırmızı dənizə çıxışı və strateji limanlara yaxınlığı səbəbindən Yəmən münaqişəsində mühüm əhəmiyyət daşıyır.







