İran ABŞ Qırmızı dəniz ABŞ Hərbi Dəniz Qüvvələri CENTCOM ABŞ Mərkəzi Komandanlığı Hərbi helikopter məcburi eniş İran dövlət mediası MH-60R

CENTCOM ABŞ helikopterinin Qırmızı dənizdə qəzaya uğraması xəbərini təkzib edib

BAKI,TurkicWorld

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İran dövlət mediasında ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus helikopterin Qırmızı dənizdə qəzaya uğraması barədə yayılan məlumatları təkzib edib. İran mediası fövqəladə vəziyyət elan edən “MH-60R” helikopterinin qəzaya uğradığını bildirmişdi.

TurkicWorld xəbər verir ki, CENTCOM “X” sosial şəbəkəsində yaydığı açıqlamada ABŞ Hərbi Dəniz Qüvvələrinin “MH-60R” helikopterinin vurulması və ya qəzaya uğraması ilə bağlı iddiaları “yalan məlumat” adlandırıb.

Komandanlıq bildirib ki, Yaxın Şərqdəki bütün ABŞ hərbi hava vasitələri və şəxsi heyət təhlükəsiz vəziyyətdədir və onların hamısının yeri məlumdur.

CENTCOM bununla İran dövlət mediasında yayılan və ABŞ helikopterinin fövqəladə vəziyyət elan etdikdən sonra Qırmızı dənizdə qəzaya uğradığını iddia edən məlumatı rəsmən rədd edib.

Hadisə ilə bağlı İran tərəfinin iddiasını təsdiqləyən əlavə məlumat təqdim edilməyib. ABŞ Mərkəzi Komandanlığının açıqlamasına əsasən, bölgədə ABŞ hərbi aviasiyasına və şəxsi heyətinə aid itki qeydə alınmayıb.

Mövzuya görə xəbərlər