BAKI,TurkicWorld,Yusif Şərifzadə
ABŞ Prezidenti Donald Tramp İrana qarşı müharibənin yaxın vaxtlarda başa çata biləcəyini bildirib və Vaşinqtonun Tehranla aparılan danışıqlarda iştirak etdiyini açıqlayıb.
TurkicWorld xəbər verir ki, Tramp Ağ Evdə jurnalistlərə açıqlamasında, "Düşünürəm ki, bu, çox tezliklə başa çatacaq. Onların daha uzun müddət davam gətirə biləcəyini düşünmürəm", - deyə bildirib.
ABŞ Prezidenti həmçinin İranla aparılan danışıqlarda iştirak etdiyini vurğulayaraq, "Düşünürəm ki, işlər yaxşı gedir", - ifadəsini işlədib.
Bununla belə, İran tərəfi Vaşinqtonla birbaşa danışıqlar apardığını təkzib edib. Tehran yalnız Omanla Hörmüz boğazına nəzarətlə bağlı müzakirələr apardığını bildirir.
Tramp ötən həftə İrana qarşı planlaşdırılan genişmiqyaslı hərbi zərbəni ləğv etdiyini və bunun səbəbi kimi diplomatik irəliləyiş ehtimalını göstərmişdi.
Onun sözlərinə görə, Tehran və regiondakı müttəfiqləri ABŞ-dan hücum planını dayandırmağı xahiş ediblər.
ABŞ Prezidenti bu həftə ölkə mediasında ABŞ-ın bölgədə raket ehtiyatlarının azaldığına dair yayılan məlumatları da sərt şəkildə tənqid edib.







