Son dəqiqə

İran Pakistan Qətər Yaxın Şərq Məhəmməd Baqir Qalibaf İsmayıl Bəqai Abbas Əraqçi Diplomatiya

Pakistan və Qətərlə təmaslar davam edir, yüksək səviyyəli səfərlər planlaşdırılmır - İran

BAKI,TurkicWorld,Yusif Şərifzadə

İran Xarici İşlər Nazirliyi Tehranın Pakistan və Qətərlə diplomatik təmasları davam etdirdiyini, lakin hazırda bu ölkələrə yüksək səviyyəli rəsmi səfərlərin planlaşdırılmadığını açıqlayıb.

TurkicWorld xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai məlumat verib.

Onun sözlərinə görə, İran rəsmiləri Pakistan və Qətərdəki həmkarları ilə fikir mübadiləsini davam etdirirlər.

Bununla yanaşı, Bəqayi bildirib ki, hazırda İranın xarici işlər naziri Abbas Əraqçinin, eləcə də parlament sədri Məhəmməd Baqir Qalibafın nə Pakistan, nə də Qətərə səfəri planlaşdırılır.

İran Xarici İşlər Nazirliyi əlavə təfərrüatlar açıqlamayıb.

Mövzuya görə xəbərlər