BAKI,TurkicWorld,Yusif Şərifzadə
Livan və İsrail nümayəndə heyətləri Romada atəşkəslə bağlı danışıqların yeddinci raundunun ikinci gününü davam etdirərkən, İsrail ordusu Livanın cənubunda hərbi əməliyyatlarını sürdürür.
TurkicWorld xəbər verir ki, Beyrut İsrailin hazırda nəzarətdə saxladığı 60-dan çox kənd və qəsəbədən geri çəkilməsini istəyir. İsrail isə əlavə geri çəkilmələri Hizbullahın silahsızlaşdırılması ilə şərtləndirir.
Livanın Milli Xəbər Agentliyinin (NNA) məlumatına görə, gün ərzində ölkənin cənubunda aşağıdakı hadisələr qeydə alınıb:
Sur şəhərinin cənubundakı Əl-Mənsuri Məşaa bölgəsinə iki hava zərbəsi endirilib.
Sur rayonunun Məcdəl Zun kəndi artilleriya atəşinə tutulub.
İsrailə məxsus pilotsuz uçuş aparatları Sur və ətraf kəndlər üzərində uçuşlar həyata keçirib, həmçinin Beyrutun cənub ətrafı üzərində alçaq hündürlükdə müşahidə olunub.
Nəbətiyyə bölgəsinin Kfartebnit qəsəbəsində İsrail qüvvələrinin partlayışlar törətdiyi bildirilib.
İsrail ordusunun Kfar Rumman təpələri üzərində işıqlandırıcı mərmilər atdığı və bunun ərazidə yanğın yaratmaq məqsədi daşıdığı iddia olunub.







