Son dəqiqə

İsrail Livan atəşkəs pilotsuz uçuş aparatları Nəbatiyyə əl-Fövqa

İsrail Cənubi Livandakı Nəbatiyyə əl-Fövqa qəsəbəsinə pilotsuz uçuş aparatı ilə zərbə endirib

BAKI,TurkicWorld,Yusif Şərifzadə

İsrail ordusu Livanın cənubunda yerləşən Nəbatiyyə əl-Fövqa qəsəbəsinə pilotsuz uçuş aparatı ilə zərbə endirib.

TurkicWorld xəbər verir ki, bu barədə Əl-Cəzirə telekanalının ərəb xidməti məlumat yayıb.

Məlumata görə, ABŞ-ın vasitəçiliyi ilə əldə olunmuş atəşkəs razılaşmasına baxmayaraq, İsrail qüvvələri Cənubi Livanın bəzi ərazilərində hərbi əməliyyatlarını davam etdirir.

Bundan əvvəl Livan Milli Xəbər Agentliyi (NNA) bildirmişdi ki, İsrail ordusunun gecə saatlarında həyata keçirdiyi güclü partlayışlardan sonra ölkənin cənubundakı yaşayış məntəqələrində, xüsusilə də İsrailin müəyyən etdiyi "Sarı zona" adlandırılan ərazilərdə gərginlik artıb.

Agentliyin məlumatına əsasən, Əl-Mənsuri, Məcdəl Zun və Həddatə qəsəbələrində təhlükəsizlik vəziyyəti xüsusilə gərgin olaraq qalır.

NNA qeyd edib ki, gecə yarısından səhər saatlarınadək davam edən güclü partlayışların səsi Cənubi Livanın demək olar ki, bütün bölgəsində eşidilib.

Mövzuya görə xəbərlər