BAKI,TurkicWorld,Yusif Şərifzadə
Livan Səhiyyə Nazirliyi bildirib ki, martın 2-dən bu günədək ölkədə 4 333 nəfər həlak olub. Məlumata görə, ABŞ-ın vasitəçiliyi ilə iyun ayında əldə olunan atəşkəs razılaşmasına baxmayaraq, İsrail qüvvələri Livanın cənubundakı mühüm ərazilərdə mövcudluğunu davam etdirir.
TurkicWorld xəbər verir ki, Livan Səhiyyə Nazirliyinin açıqlamasına əsasən, eyni dövrdə azı 12 236 nəfər yaralanıb.
Bildirilib ki, İsrail qüvvələrinin razılaşmaya əsasən tərk etməli olduğu "pilot zona" adlandırılan kəndlərə qayıdan çoxsaylı məcburi köçkün sakinlər evlərinin dağıdıldığını görüblər.
Livan ordusu isə bəyan edib ki, İsrail qüvvələri atəşkəs razılaşmasına uyğun olaraq ordunun cənub bölgələrində yerləşdirilməsi prosesinə maneələr yaradır.
İsrail tərəfi Livan ordusunun bu iddialarına hələlik rəsmi münasibət bildirməyib.







