Son dəqiqə

İsrail Suriya İsrail ordusu Yaxın Şərq Polis sərhəd Hermon

İsrail ordusu iki vətəndaşın qanunsuz şəkildə Suriya ərazisinə keçdiyini açıqlayıb

BAKI,TurkicWorld,Yusif Şərifzadə

İsrail ordusu iki İsrail vətəndaşının Hermon bölgəsindən keçərək qanunsuz şəkildə Suriya ərazisinə daxil olduğunu bildirib. Məlumata görə, onlar daha sonra təhlükəsizlik qüvvələri tərəfindən saxlanılaraq ölkəyə geri qaytarılıb.

TurkicWorld xəbər verir ki, İsrail ordusunun yaydığı bəyanatda hərbçilərin hadisə yerinə göndərildiyi, sözügedən şəxslərin müəyyən edilərək İsrailə qaytarıldığı və sonradan araşdırma aparılması üçün polisə təhvil verildiyi qeyd olunub.

Bəyanatda vurğulanıb ki, bu hadisə əməliyyat fəaliyyətinə ciddi maneə yaradıb və bölgədə xidmət aparan hərbçilərin təhlükəsizliyi üçün risk təşkil edib. Ordu insidenti qəti şəkildə pislədiyini bildirib.

İsrail mediasının məlumatına görə, saxlanılan şəxslər Suriyanın cənubunda İsrail yaşayış məntəqələrinin salınmasını müdafiə edən məskunlaşma hərəkatının fəallarıdır.

İsrail mediasında yer alan bu məlumatla bağlı rəsmi təsdiq təqdim olunmayıb. Suriya tərəfi isə hadisə barədə hələlik açıqlama verməyib.

Mövzuya görə xəbərlər