Son dəqiqə

İran ABŞ Xarici İşlər Nazirliyi İsmayıl Bəqai Müharibə Cinayətləri beynəlxalq humanitar hüquq mülki infrastruktur

İran ABŞ-ı "kollektiv cəzalandırma siyasəti" yürütməkdə ittiham edib

BAKI,TurkicWorld,Yusif Şərifzadə

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai ABŞ-ı beynəlxalq humanitar hüququ pozmaqda və "kollektiv cəzalandırma siyasəti" həyata keçirməkdə ittiham edib.

TurkicWorld xəbər verir ki, Bəqai yaydığı açıqlamada Vaşinqtonun müharibə siyasəti naminə beynəlxalq humanitar hüququn və ümumbəşəri etik dəyərlərin qalan prinsiplərini də qurban verməyə hazır olduğunu iddia edib.

İran rəsmisinin sözlərinə görə, ABŞ körpülərin, elektrik stansiyalarının və digər mülki infrastruktur obyektlərinin hədəfə alınmasını nəzərdə tutan siyasət yürüdür.

Bəqai bildirib ki, bu cür addımlar beynəlxalq humanitar hüquqa görə qanunsuzdur və müharibə cinayəti hesab edilən qisasalma və kollektiv cəzalandırma əlamətləri daşıyır.

O, hərbi qulluqçuları beynəlxalq hüquqa zidd hesab etdikləri əmrləri yerinə yetirməməyə çağırıb.

İran rəsmisi əlavə edib ki, Tehran beynəlxalq hüququn pozulmasına qarşı qəti mövqe nümayiş etdirməyə davam edəcək.

ABŞ tərəfi isə İranın bu ittihamlarına hələlik rəsmi münasibət bildirməyib.

Mövzuya görə xəbərlər