Son dəqiqə

İsrail Livan Yaxın Şərq Hizbullah atəşkəs cənubi Livan Livan Səhiyyə Nazirliyi münaqişə

Livanda İsrail hücumları nəticısində ölənlərin sayı 4 328 nəfərə çatıb

BAKI,TurkicWorld,Yusif Şərifzadə

Livan Səhiyyə Nazirliyi mart ayından etibarən İsrailin hava zərbələri və quru əməliyyatları nəticəsində 4 328 nəfərin öldüyünü açıqlayıb. Həmin müddətdə daha 12 230 nəfərin yaralandığı bildirilib.

TurkicWorld xəbər verir ki, Livanın Səhiyyə Nazirliyinin məlumatına əsasən, İsrail ordusunun mart ayından başlayan hücumları nəticəsində ölkədə ciddi insan itkiləri qeydə alınıb. Nazirlik bildirib ki, eyni dövr ərzində minlərlə insan müxtəlif dərəcəli xəsarətlər alıb.

İsrail rəsmiləri isə "Hizbullah" silahlı qruplaşmasının tərksilah edilməsinə qədər Livan sərhədi boyunca 10 kilometr dərinliyində yaradılan "təhlükəsizlik zonasında" qoşunların qalacağını bildiriblər.

Livan tərəfinin məlumatına görə, İsrail ordusu davam edən atəşkəsə baxmayaraq, ölkənin cənubunda zərbələr endirməyə və sərhədə yaxın ərazilərdə nəzarət etdiyi kəndlərdə dağıntı işləri aparmağa davam edir.

İsrail isə bu əməliyyatların məqsədinin sərhəd təhlükəsizliyini təmin etmək və "Hizbullah"ın hərbi imkanlarının qarşısını almaq olduğunu bildirir.

Mövzuya görə xəbərlər