Son dəqiqə

İsrail Qəzza Yaxın Şərq atəşkəs Xan-Yunis hərbi əməliyyatlar Tüffah Qəzza limanı

Qəzzadakı son hadisələr atəşkəsin gələcəyinə necə təsir göstərə bilər?

BAKI,TurkicWorld,Yusif Şərifzadə

Qəzza zolağında atəşkəs razılaşmasına baxmayaraq hərbi əməliyyatların davam etdiyi bildirilir.

TurkicWorld xəbər verir ki, son bir saat ərzində Xan Yunis şəhərində bir avtomobilə zərbə endirildiyi barədə məlumat yayılıb.

Yerli sakinlərin sözlərinə görə, avtomobil məcburi köçkünlərin məskunlaşdığı çadır düşərgələrinin yaxınlığında olub.

Məlumata görə, günün ilk saatlarında Qəzza limanında baş vermiş güclü partlayış nəticəsində bir nəfər həlak olub.

Bundan əlavə, Qəzza şəhərinin şərqində yerləşən Tüffah məhəlləsində iki fələstinlinin öldürüldüyü bildirilir.

Yayılan məlumatlarda İsrail ordusunun nəzarət etdiyi əraziləri genişləndirdiyi və Qəzza zolağında əlavə torpaq sahələrinə nəzarəti ələ keçirdiyi iddia olunur.

Həmçinin bildirilir ki, İsrail hərbçilərinin nəzarətində olan ərazilərə yaxınlaşan şəxslərə atəş açılır.

İsrail tərəfi bu məlumatlarla bağlı hələlik rəsmi açıqlama verməyib. Məlumatlar müstəqil mənbələr tərəfindən tam təsdiqlənməyib.

Mövzuya görə xəbərlər