Son dəqiqə

İsrail Livan Yaxın Şərq Cozef Aun hava hücumu atəşkəs Livan Ordusu

İsrailin işğalı atəşkəs razılaşmasının həyata keçirilməsinə mane olur - Livan Prezidenti

BAKI,TurkicWorld,Yusif Şərifzadə

Livan Prezidenti Cozef Aun İsrailin Livanın cənubunda hərbi mövcudluğunu davam etdirməsinin atəşkəs razılaşmasının tam icrasına maneə yaratdığını bildirib.

TurkicWorld xəbər verir ki, Cozef Aun İsrailin davam edən işğalının Livan ordusunun bölgədə tam yerləşdirilməsinə imkan vermədiyini vurğulayıb. Prezident qeyd edib ki, bu vəziyyət nə Livanın, nə də Amerika Birləşmiş Ştatlarının qarşıya qoyduğu məqsədlərə xidmət edir.

Açıqlama İsrailin Livanın cənubunda hava hücumlarını davam etdirdiyi bir vaxta təsadüf edib. Məlumata görə, son zərbələr nəticəsində azı dörd nəfər, o cümlədən ailəli cütlük həlak olub.

Livan Prezidenti ölkədə daxili qarşıdurma ehtimalını da rədd edib. O bildirib ki, müəyyən təxribat cəhdlərinə baxmayaraq, Livanda vətəndaş müharibəsinə yer yoxdur.

Mövzuya görə xəbərlər