Son dəqiqə

İran Çin ABŞ Xarici İşlər Nazirliyi Diplomatiya ABŞ–İran Quo Jiakun

Çin: ABŞ–İran memorandumu “müsbət siqnal” göndərir

BAKI,TurkicWorld,Yusif Şərifzadə

Çin Xalq Respublikasının Xarici İşlər Nazirliyi ABŞ–İran arasında imzalanan memorandumla bağlı müsbət mövqe bildirib.

TurkicWorld xəbər verir ki, Pekin bu razılaşmanın regionda gərginliyin azaldılması baxımından “müsbət siqnal” olduğunu qeyd edib.

Çinin Xarici İşlər Nazirliyinin sözçüsü Quo Jiakun Pekində jurnalistlərə açıqlamasında bildirib ki, memorandumun qorunması və icrası bütün tərəflərin marağındadır.

O, Çinin ədalətli mövqe tutduğunu və sülhə xidmət edən bütün təşəbbüsləri dəstəklədiyini vurğulayıb.

Sözçü həmçinin Pekinin İranın suverenliyi, təhlükəsizliyi, ərazi bütövlüyü və milli ləyaqətinin qorunmasını dəstəklədiyini bildirib.

Bundan əlavə, Çin İranın Körfəz ölkələri və digər regional dövlətlərlə münasibətlərinin inkişafını da müsbət qiymətləndirib.

Mövzuya görə xəbərlər