BAKI,TurkicWorld,Yusif Şərifzadə
ABŞ Prezidenti Donald Tramp İranla əldə olunan razılaşmanın nüvə silahının qarşısını alan “divar” olduğunu bildirib.
TurkicWorld xəbər verir ki, Tramp bu barədə açıqlamasında İranın heç vaxt nüvə silahına sahib olmayacağını bir daha vurğulayıb.
O qeyd edib ki, “mənim razılaşmam nüvə silahına qarşı divardır”.
Tramp əlavə edib ki, bu istiqamətdə görülən işləri yalnız onun administrasiyası həyata keçirib.
Onun sözlərinə görə, İran 47 il ərzində beynəlxalq sistemi sui-istifadə edib və bu müddətdə ciddi addım atılmayıb.
ABŞ Prezidenti bildirib ki, hazırkı razılaşma bu siyasətə son qoymağa yönəlib.
O, İranın nüvə silahı əldə etməsinin ABŞ üçün qırmızı xətt olduğunu təkrarlayıb.
Trampın açıqlaması G7 sammiti çərçivəsində verilib.







