Son dəqiqə

Almaniya G7 Yaxın Şərq təhlükəsizlik Dəniz təhlükəsizliyi regional sabitlik Diplomatiya Fridrix Merz Sülh ABŞ–İran mina-təmizləmə

Fridrix Merz: Almaniya Yaxın Şərq sülhünə dəstək verməyə hazırdır, mina-təmizləmə gəmiləri göndərilib

BAKI,TurkicWorld,Yusif Şərifzadə

Almaniya Yaxın Şərqdə sülhün qorunması prosesinə töhfə verməyə hazırdır.

TurkicWorld xəbər verir ki, bu barədə Almaniya kansleri Fridrix Merz G7 sammiti zamanı açıqlama verib.

Merz bildirib ki, ABŞ–İran arasında əldə olunan müvəqqəti razılaşmadan sonra regionda sabitliyin təmin olunması istiqamətində Almaniya öz rolunu oynamağa hazırdır.

Onun sözlərinə görə, Almaniya artıq regiona ilk mina-təmizləmə gəmilərini göndərib.

Kansler qeyd edib ki, ölkəsi əvvəldən bu prosesdə iştirak etməyə hazır olduğunu bəyan edib və hazırda bu öhdəliyi praktiki addımlarla dəstəkləyir.

Mövzuya görə xəbərlər