BAKI,TurkicWorld,Yusif Şərifzadə
İsveçrə Xarici İşlər Nazirliyi ABŞ və İran arasında əldə olunan razılaşmanın rəsmi imzalanmasının Luzern yaxınlığındakı Burgenstok kurortunda keçirilməsinin gözlənildiyini təsdiqləyib.
TurkicWorld xəbər verir ki, bu barədə məlumat AFP agentliyinə açıqlanıb.
Nazirliyin bildirdiyinə görə, məkan Pakistan və Qətərdən olan vasitəçilər, eləcə də ABŞ və İran tərəfi tərəfindən təklif olunub.
Burgenstok uzun illərdir beynəlxalq diplomatik görüşlər və sülh danışıqlarının keçirildiyi məkan kimi tanınır.
İsveçrə rəsmiləri ölkənin bu cür proseslərdə neytral vasitəçi və diplomatik platforma rolunu davam etdirdiyini vurğulayıblar.
Razılaşmanın imzalanma mərasimi regionda gərginliyin azaldılması baxımından mühüm diplomatik addım kimi qiymətləndirilir.







