Son dəqiqə

İsrail İran ABŞ Tel-Əviv Donald Tramp Benyamin Netanyahu Yaxın Şərq Diplomatiya ABŞ-İran razılaşması

Netanyahu İran-ABŞ razılaşmasından sonra ilk dəfə ictimaiyyət qarşısına çıxacaq

BAKI,TurkicWorld,Yusif Şərifzadə

İsrailin Baş naziri Benyamin Netanyahu İran və ABŞ arasında əldə olunan razılaşmanın elan edilməsindən sonra ilk ictimai açıqlamasını verməyə hazırlaşır.

TurkicWorld xəbər verir ki, İsrail mətbuatının yaydığı məlumata görə, Netanyahu yerli vaxtla saat 20:00-da videomüraciətlə çıxış edəcək.

Bu, Tehran və Vaşinqton arasında imzalanmış anlaşma memorandumunun açıqlanmasından sonra İsrail baş nazirinin ilk rəsmi mövqeyi olacaq.

Məlumata görə, Netanyahu və İsrail siyasi dairələrinin əhəmiyyətli hissəsi formalaşmaqda olan razılaşmadan narazıdır.

Bununla belə, müşahidəçilər hesab edirlər ki, İsrail rəhbərinin ABŞ Prezidenti Donald Trampla açıq qarşıdurmaya getməsi ehtimalı yüksək deyil.

Analitiklərin fikrincə, Vaşinqtonla strateji münasibətləri nəzərə alan Netanyahu daha ehtiyatlı mövqe sərgiləyə bilər.

Eyni zamanda, İsraildə bəzi siyasi qüvvələrin razılaşmanın gələcək icrasına təsir göstərmək üçün müxtəlif addımlar atmağa çalışa biləcəyi ehtimalı da istisna edilmir.

Netanyahunun gözlənilən çıxışının İsrailin bundan sonrakı siyasəti ilə bağlı mühüm mesajlar verməsi gözlənilir.

Mövzuya görə xəbərlər