BAKI,TurkicWorld,Yusif Şərifzadə
Pakistanın xarici işlər naziri Məhəmməd İshaq Dar Səudiyyə Ərəbistanının xarici işlər naziri Faysal bin Fərhan Əl Səud ilə telefon danışığı aparıb və ABŞ–İran danışıqlarının son mərhələyə keçməsini müsbət qarşılayıb.
TurkicWorld xəbər verir ki, Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasında bildirilib ki, tərəflər bu inkişafın regionda davamlı sülh və sabitliyə töhfə verəcəyinə ümid etdiklərini ifadə ediblər.
Açıqlamada qeyd olunur ki, Səudiyyə Ərəbistanı Pakistanın proses boyunca vasitəçilik və dialoq səylərini davamlı şəkildə dəstəkləməsini yüksək qiymətləndirib.
Hər iki tərəf diplomatik səylərin gücləndirilməsinin regionda gərginliyin azaldılması üçün vacib olduğunu vurğulayıb.







