Son dəqiqə

İsrail Livan Qana Nəbatiyyə Sur Rəşkananiyyə Bazuriyyə

İsrail Livanın cənubundakı Sur bölgəsində kəndlərə hücum edib

BAKI,TurkicWorld,Yusif Şərifzadə

İsrail ordusunun Livanın cənubundakı Sur bölgəsində yerləşən kəndlərə yenidən hücumlar həyata keçirdiyi bildirilir. Məlumata görə, hava zərbələri bir neçə yaşayış məntəqəsini hədəf alıb.

TurkicWorld xəbər verir ki, Sur bölgəsinin Qana, Bazuriyyə və Rəşkananiyyə kəndlərinə hava hücumları təşkil olunub və ərazilərdə partlayışlar qeydə alınıb.

Həmçinin Nəbatiyyə bölgəsinin Nəbatiyyə əl-Fövqa qəsəbəsində yeni hücumun baş verdiyi açıqlanıb. Bint Cəbil bölgəsində yerləşən Xirbət Selm kəndi isə artilleriya atəşinə məruz qalıb.

Bölgədə vəziyyətin gərgin olduğu və hücumların ardıcıl xarakter daşıdığı bildirilir.

Mövzuya görə xəbərlər