Son dəqiqə

İsrail Livan Hizbullah Raket hücumu hərbi hücumlar Livanın cənubu Həlak olanlar Livan Silahlı Qüvvələri

İsrailin Livanın cənubuna hücumları nəticəsində azı 10 nəfər həlak olub

BAKI,TurkicWorld,Yusif Şərifzadə

Livanın cənubunda vəziyyət yenidən kəskinləşib və gün ərzində həyata keçirilən hücumlar nəticəsində azı 10 nəfərin həlak olduğu bildirilir.

TurkicWorld xəbər verir ki, ölənlər arasında Livan Silahlı Qüvvələrinin üç hərbçisi də var. Məlumata görə, həlak olan hərbçilərdən biri briqada generalı, biri kapitan, digəri isə əsgər olub.

Bildirilir ki, hərbçilərin olduğu avtomobil Xardali-Nəbətiyyə yolu ilə hərəkət edərkən zərbəyə məruz qalıb. Hadisənin təfərrüatları ilə bağlı əlavə araşdırmalar davam edir.

Məlumatlara əsasən, gün ərzində Livanın cənubunda bir sıra yaşayış məntəqələri üçün məcburi köçürülmə göstərişləri verilib. Beyyada qəsəbəsi üzərində tüstü müşahidə olunduğu, ərazidə vəziyyətin gərgin olaraq qaldığı bildirilir.

Eyni zamanda Hizbullahın İsrail mövqelərinə doğru ən azı dörd raket atdığı qeyd olunur. Raketlərdən birinin Beyyada ərazisinə düşdüyü bildirilir.

Müşahidəçilərin sözlərinə görə, son iki ay ərzində Livanın cənubu qarşıdurmaların əsas mərkəzlərindən birinə çevrilib. İsrail bölgədə hərbi mövcudluğunu genişləndirdiyini bildirir və bunu təhlükəsizlik səbəbləri ilə izah edir.

Hizbullah isə İsrail qüvvələri Livan ərazisində qaldığı müddətdə silahlı müqavimətin davam etdiriləcəyini bəyan edib.

Mövzuya görə xəbərlər