Son dəqiqə

İsrail Qəzza hərbi əməliyyatlar humanitar vəziyyət mülki əhali pilotsuz uçuş aparatı Tuffah Məhəlləsi Əl-Durra Uşaq Xəstəxanası Tanklar

İsrail qüvvələri Qəzzada uşaq xəstəxanasının yaxınlığında atəş açıb

BAKI,TurkicWorld,Yusif Şərifzadə

Qəzza şəhərinin şərqində yerləşən Əl-Durra Uşaq Xəstəxanasının yaxınlığında atəş açıldığı bildirilir.

TurkicWorld xəbər verir ki, yerli mənbələrin məlumatına görə, İsrail ordusuna məxsus tanklar və dördpərli pilotsuz uçuş aparatları Tuffah məhəlləsinin yaxınlığında yerləşən Əl-Durra Uşaq Xəstəxanasının ətrafını atəşə tutub.

Məlumata əsasən, xəstəxana İsrail ordusunun “sarı zona” kimi müəyyən etdiyi ərazidə yerləşir. Yerli mənbələr bildiriblər ki, bu cür ərazilər adətən hərbi əməliyyatların aparıla biləcəyi və ya insanların hərəkətinə məhdudiyyət qoyulan zonalar hesab olunur.

Hadisə ilə bağlı ölən və ya yaralananların olub-olmaması barədə əlavə məlumat açıqlanmayıb.

Mövzuya görə xəbərlər