BAKI,TurkicWorld,Yusif Şərifzadə
Küveyt Xarici İşlər Nazirliyi İranın diplomatik nümayəndəliyinin iki üzvünü “persona non grata” elan edərək, onların dərhal ölkədən çıxarılmasını tələb edib.
TurkicWorld xəbər verir ki, nazirlik İranın keçici işlər vəkili çağıraraq, Tehran tərəfindən həyata keçirilən “qeyri-insani və davamlı təcavüzlər” barədə rəsmi etirazını bildirib.
Nazirliyin açıqlamasında qeyd olunub ki, iki diplomatik nümayəndə 24 saat ərzində Küveyt ərazisini tərk etməlidir.







