Son dəqiqə

İsrail Livan Hizbullah Beyrut hava hücumu Bekaa vadisi Regional gərginlik bombardman Dahiya Şuveyfat

Beyrutun “Dahiya” bölgəsində güclü partlayış baş verib

BAKI,TurkicWorld,Yusif Şərifzadə

İsrail ordusu Livanın paytaxtı Beyrutun cənub ətrafında yerləşən Şuveyfat bölgəsinə hava hücumu həyata keçirdiyini açıqlayıb.

TurkicWorld xəbər verir ki, məlumatlara əsasən, hava zərbəsi Şuveyfat (Choueifat) ərazisi yaxınlığında yerləşən yaşayış binasını hədəf alıb. Sosial şəbəkələrdə yayılan görüntülərdə hücumdan sonra binalar üzərindən qalxan qalın tüstü müşahidə olunur.

İsrail mediası hücumun Hizbullahın raket bölməsinin rəhbəri olduğu iddia edilən Əli əl-Hüseynini hədəf aldığını bildirib. Bununla bağlı Hizbullah və ya Livan rəsmiləri tərəfindən hələlik rəsmi təsdiq verilməyib.

Qeyd olunur ki, İsrail ordusunun Beyrutun “Dahiya” kimi tanınan cənub ətrafına son hava hücumu mayın 6-da qeydə alınmışdı. Həmin vaxt İsrail tərəfi Hizbullah komandirlərindən birinin hədəf alındığını açıqlamışdı.

Son hücum Livanın cənubunda və Bekaa vadisində davam edən intensiv bombardmanlar fonunda baş verib. Analitiklər hesab edirlər ki, Beyrutun cənubuna yenidən zərbə endirilməsi regionda gərginliyin daha genişmiqyaslı mərhələyə keçə biləcəyi ilə bağlı narahatlıqları artırır.

Bölgədə İsrail pilotsuz uçuş aparatlarının fəallığının artdığı və təhlükəsizlik vəziyyətinin sürətlə dəyişdiyi bildirilir.

Mövzuya görə xəbərlər