BAKI,TurkicWorld,Yusif Şərifzadə
İsrail–Livan xəttində təhlükəsizlik vəziyyəti ilə bağlı yeni inkişaf qeydə alınıb.
TurkicWorld xəbər verir ki, İsrail ordusu Livanın Bəqaa vadisində yerləşən Maşğara və Sahmar qəsəbələrinin sakinlərinə təcili şəkildə ərazini tərk etmək barədə göstəriş verib.
Ordunun yaydığı açıqlamada bildirilib ki, Hizbullahın atəşkəs razılaşmasını pozduğu iddiaları fonunda İsrail hərbçiləri təşkilata qarşı sərt tədbirlər həyata keçirməyə məcbur olduğunu bəyan edib.
İsrail ordusunun ərəb dilli sözçüsü Aviçay Adrai sosial şəbəkədə paylaşdığı müraciətdə sakinləri dərhal yaşayış yerlərini tərk etməyə və Bəqaanın şimal istiqamətinə hərəkət etməyə çağırıb.
O bildirib ki, Hizbullah üzvlərinə, silahlarına və təşkilatın infrastruktur obyektlərinə yaxın olan şəxslərin həyatları təhlükə altında ola bilər.
Məlumata görə, son günlər İsrail Livanın cənubunda və Bəqaa bölgəsində hava hücumlarının intensivliyini nəzərəçarpacaq dərəcədə artırıb.







