Son dəqiqə

BMT Livan Nəvaf Salam Livanın cənubu beynəlxalq qüvvələr

Livanda dövlətin nəzarəti genişləndirilməlidir - Nəvaf Salam

BAKI,TurkicWorld

Livanın Baş naziri Nəvaf Salam hökumətin dövlətin ölkə ərazisində səlahiyyətlərini genişləndirmək və silahsızlanmanı təmin etmək öhdəliyinə sadiq olduğunu bildirib.

TurkicWorld xəbər verir ki, Salam bu barədə ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin yüksək vəzifəli üzvü Cin Şahinlə Nyu-Yorkda, Livanın BMT yanında daimi nümayəndəliyində keçirilən görüşdə danışıb. Livanın Baş naziri BMT Baş Assambleyasının 81-ci sessiyasında iştirak etmək üçün Nyu-Yorkdadır.

Görüş zamanı Livanın suverenliyi və dövlət institutlarının ölkə ərazisində nəzarətinin gücləndirilməsi məsələləri müzakirə olunub. Salam hökumətin ölkə üzrə silahsızlanma prosesinə sadiqliyini bir daha vurğulayıb.

Livanın Baş naziri həmçinin BMT-nin Livandakı Müvəqqəti Qüvvələrinin (UNIFIL) fəaliyyətinin başa çatmasından sonra yarana biləcək boşluğun qarşısının alınmasının vacibliyini qeyd edib.

UNIFIL-in Livandakı mandatı dekabrın 31-də başa çatacaq. Salam xüsusilə Livanın cənubunda beynəlxalq mövcudluğun qorunmasının vacibliyini vurğulayıb.

Mövzuya görə xəbərlər